Jurnal — Məxfilik siyasəti

Son yenilənmə: 2 noyabr 2026

«Jurnal» mobil tətbiqi (bundan sonra — Tətbiq) GRAPH IT SOLUTIONS LLC (bundan sonra — Biz) tərəfindən kurslar və təhsil təşkilatları üçün hazırlanmış davamiyyət, qrup və kurs idarəetmə tətbiqidir. Bu sənəd Tətbiqin hansı məlumatları topladığını, nə üçün istifadə etdiyini, kimlə paylaşdığını və necə qoruduğunu izah edir.

1. Kimlər istifadə edir

Tələbə haqqında məlumatı tələbənin oxuduğu təşkilat daxil edir və onun üçün təşkilat məsuliyyət daşıyır; Biz bu məlumatı təşkilatın adından emal edirik. Yetkinlik yaşına çatmamış tələbənin məlumatı valideynin razılığı ilə daxil edilməlidir.

2. Toplanan məlumatlar

MəlumatMənbəNə üçün
Ad, e-poçt ünvanı, Google hesab identifikatoruGoogle ilə girişHesabın tanınması və girişin təsdiqi
Profil şəkli, təşkilatın loqosu, örtük şəkli və tanıtım videosuİstifadəçi özü yükləyir (istəyə bağlı)Profildə və kurs səhifəsində göstərmək
Təşkilatın telefonu, WhatsApp nömrəsi, ünvanı və xəritədəki yeriTəşkilat daxil edirKurs profilində göstərmək
Cihazın dəqiq yeri (GPS)Yalnız təşkilat xəritədə «Mənim yerim» düyməsini basanda, icazə iləKursun ünvanını xəritədə seçmək. Arxa planda yer məlumatı toplanmır.
Tələbənin adı, soyadı, ata adı, telefonu, e-poçtu, doğum tarixi, yaşayış yeri, məktəbi/sinfi, təhsili, ixtisası, əvvəl oxuduğu və oxumaq istədiyi dərslər, şəkliTəşkilat (və ya tələbənin özü müraciət anketində) daxil edirTələbənin uçotu
Davamiyyət, dərs cədvəli, imtahan cavabları və nəticələri, qeydlərMüəllim, təşkilat və tələbə daxil edirTətbiqin əsas funksiyası: jurnal, hesabatlar, imtahanlar
Ödəniş məbləğləri, borc, müəllim maaşı və xərclərTəşkilat daxil edir (Tətbiq ödəniş qəbul etmir)Kursun maliyyə uçotu
Yüklənən fayllar (Excel şablonları, imtahan sualları, şəkillər)İstifadəçi seçirİdxal və imtahan materialları
Bildiriş ünvanı (Firebase Installation ID / FCM)CihazPush bildirişlərinin göndərilməsi

Tətbiq kontaktlar, mikrofon, SMS, zəng tarixçəsi və ya reklam identifikatoru toplamır. Kamera və şəkillərə giriş yalnız istifadəçi şəkil seçəndə və ya çəkəndə istifadə olunur. Tətbiq istifadəçinin seçdiyi faylı açır, cihazdakı digər fayllara baxmır.

3. İstifadə

Məlumatlar yalnız Tətbiqin işi üçün — giriş, davamiyyət və imtahan uçotu, hesabatlar və bildirişlər üçün istifadə olunur. Reklam, profilləmə və ya istifadəçi izlənməsi (tracking) aparılmır. Məlumatlar satılmır. Tələbənin məlumatını yalnız onun təşkilatının səlahiyyətli istifadəçiləri (sahibkar, resepsiyon, tələbənin müəllimləri) və tələbənin özü görür.

4. Üçüncü tərəflər

5. Təhlükəsizlik

Tətbiqlə server arasında bütün əlaqə HTTPS ilə şifrələnir. Cihazda sessiya açarı sistemin təhlükəsiz yaddaşında saxlanılır və çıxışda serverdə etibarsız edilir. Tətbiq məlumatı cihazın bulud ehtiyatına düşmür. Hər təşkilat yalnız öz məlumatını görür.

6. Saxlama müddəti

Məlumatlar hesab aktiv olduğu müddətdə saxlanılır. Təşkilat tələbəni, qrupu və ya müəllimi tətbiqdə silə bilər; silinmiş qeydlər təşkilatın hesabatları üçün bir müddət arxivdə qalır. Hesabın tam silinməsi aşağıdakı qaydada istənilir.

7. Hesabın və məlumatların silinməsi

Hesabın və ona aid məlumatların silinməsini iki yolla istəmək olar:

  1. Tətbiqdə: Profil → «Hesabı sil» → səbəbi (istəyə bağlı) yazıb təsdiqləyin.
  2. E-poçtla: hesaba bağlı e-poçt ünvanından [email protected] ünvanına «Jurnal — hesabın silinməsi» mövzusu ilə yazın.

Silinmə ən geci 30 gün ərzində tamamlanır. Ətraflı: hesabın silinməsi qaydası.

8. Uşaqlar

Tətbiq uşaqlara yönəlmiş deyil və 13 yaşdan kiçik uşaqlardan birbaşa məlumat toplamır. Kiçik yaşlı tələbənin məlumatını onun təşkilatı valideynin razılığı ilə daxil edir; valideyn həmin məlumatın düzəldilməsini və ya silinməsini təşkilatdan və ya bizdən ([email protected]) istəyə bilər.

9. Hüquqlarınız

Öz məlumatlarınızla tanış olmaq, düzəliş və ya silinməsini istəmək hüququnuz var — 7-ci bölmədəki yollarla müraciət edin.

10. Dəyişikliklər və əlaqə

Bu siyasət dəyişəndə yeni versiya bu səhifədə dərc olunur və «Son yenilənmə» tarixi dəyişir. Suallar üçün: [email protected] · GRAPH IT SOLUTIONS LLC, Bakı, Azərbaycan.